Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?

Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?

Yazar Yorum Yap 11 views

Qəbul etdiyimiz qidalar vasitəsilə orqanizmimizə daxil olan zərərli maddələri aşağıdakı yollarla bağırsaqlardan xaric etmək olur.

1. Alma və darçın

Bütöv bir almanı dilimləyib 500 ml qaynar suya salın və 1 çay qaşığı üyüdülmüş darçın əlavə edin. Su soyuduqdan sonra onu gün boyu qəbul edin.

2. Limon şirəsi və bal

Təzə sıxılmış 1 limonun şirəsini 200 ml qaynar suya salın və üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı zəncəfil salıb qarıdırın. Bu içkini hər səhər acqarına yeməkdən 30 dəqiqə əvvəl içmək qan damarlarını, qaraciyəri və bağırsaqları təmizləyir. Bu içki sizə həm də həyat enerjisi verəcək.

3. Zəncəfilli içki

3-4 sm uzunluğunda təzə zəncəfilin kökü xırdalanıb tökülür və 10 dəqiqə qaynadılır. Qaynadıqdan sonra içərisinə 1 çay qaşığı üyüdülmüş darçın və 3-4 xörək qaşığı bağayarpağı şirəsi əlavə edilir. Bu qarışımda gündə 3 dəfə 150-200 ml acqarına içmək bağırsaqları və qan damarlarını təmizləyir. Bu qarışım ümumi m[hkəmləndirici və tonuslandırıcı təsiri də vardır.

4. Çuğundur şirəsi darçın

1 çuğundur, 1 alma, 4 budaq kərəviz blenderdə üyüdülüb şirəsi sıxılır və gündə 2 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl içilir.

5. Sağlamlıq kokteyli

1 ədəd təzə sıxılmış portağal, 1 ədəd limonun şirəsi, 1 ədəd yerkökü şirəsi 100 ml mineral suya əlavə edilir. Kokteyldən hər gün acqarına içilir. Kokteyl xroniki zehni və fiziki yorğunluğu aradan qaldırır. Onun tərkibində çoxlu vitaminlər və antioksidantlar var.

6. Xiyar və kərəviz

1 ədəd xiyar xırda döğranır, üzrərinə 1 kərəvizin kökü xırdalanıb əlavə edilir və 300 ml su tökülür. Gün ərzində bu qarışım içilir.

Etiketler