Narın saymaqla bitməyən FAYDALARI

Narın saymaqla bitməyən FAYDALARI

Yazar Yorum Yap 21 views

Nar payız fəslinin ən dadlı meyvələrindən biridir. Nar dənəcikləri canlı qırmızı rəngini polifenollardan alır. Bu elementlər güclü antioksidantlardır. Antioksidantlar isə immun sisteminin əsas parçalarından biridir. Onlar hüceyrələrə zərər verən sərbəst radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox xəstəliyin və erkən yaşlanmanın qarşısını alır. Nar suyunun tərkibindəki antioksidantlar isə hüceyrələri zədələnməkdən qoruyur və iltihablanmanı azaldır. Bu meyvənin tərkibi A, C, E vitaminləri və fol turşusu ilə zəngindir. Buna görə də nar yeməyin insan bədəni üçün faydaları danılmazdır.  Bəs bu faydalar hansılardır?
— Xərçəng xəstəliyi riskini azaldır 
Aparılan araşdırmalar göstərib ki, nar şirəsi xərçəng xəstəliyinə təsir edən ən təsirli içkilər sırasında yer alır. Nar suyu xüsusilə də prostat vəzi xərçənginin inkişafını ləngidir. 
— Yaddaşın itməsinin qarşısını alır 
Nar şirəsində olan antioksidantlar və onların yüksək konsentrasiyası Alzheimer xəstəliyinin riskini azaldır. 
— Orqanizmdəki iltihabı azaldır
Nar şirəsi orqanizmdə, xüsusilə də bağırsaqlarda olan iltihablanmanı azaldır.  Bağırsaq iltihabı olan şəxslər üçün nar şirəsi çox faydalıdır.
— Ürək-damar sistemini qoruyur
Nar ürəyin ən təbii dərmanı olaraq tanınır. Aparılan araşdırmalara görə, nar qan dövranını normallaşdırır və aterosklerozun (qan damarlarının xroniki xəstəliyi) qarşısını alır.
— Diabet riskinin qarşısını alır
Nar ənənəvi olaraq Yaxın Şərqdə və Hindistanda şəkər xəstəliyinə qarşı istifadə olunur. Nar insulin müqavimətini azaltmağa və qandakı şəkər səviyyəsini tarazlamağa kömək edir.
— Bədəndəki oksigen səviyyəsini tənzimləyir
Narın tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq xolesterini aşağı salır və qan laxtalanmasının qarşısını alır. Beləliklə, insan bədənindəki qanın sərbəst axını tənzimlənir və bədəndə oksigen səviyyəsi artır.
— Stressi azaldır
Araşdırmalara görə, nar şirəsi içən insanlarda stress hormonu daha aşağı səviyyədə müşahidə olunur.

Etiketler