Ürəyi təcili kardioqramma etməli olduğunuzu göstərən 7 ƏLAMƏT

Ürəyi təcili kardioqramma etməli olduğunuzu göstərən 7 ƏLAMƏT

Yazar Yorum Yap 8 views

Ürəyi kardioloqda müayinə etmək üçün döş qəfəsində, ürək nahiyəsində küt ağrını gözləməyin. Bu heç də yeganə əlamət deyil. Ürəyin xəstə olduğunu göstərən 7 digər yumşaq əlamətlər var.
Kardioqrammaya ehtiyac duyulan vəziyyətlər: 1. Döş qəfəsi və kürəkdə istənilən təkrarlanan ağrı
Düzdür, bu ağrıların səbəbləri çoxdur. Amma iki əsas orqan istisna edilməlidir: ürək və onurğa. Əgər siz bir dəfə güclü basıcı, basıcı, sanki üzərinizə beton lövhə düşüb, yandırıcı ağrı hiss etdinizsə, mütləq EKQ VƏ EXQ olunun.
Kürəkdə xəncər batırmış kimi ağrı, sol qola, çiyinə, çənəyə, boyuna, qulağa yayılan ağrılar zamanı təcili yardım çağırılıb, yerindəcə kardioqramma çəkilir.

2. Ürəyin işində pozulmalar
Ürək sanki birdən donur, soyuyur, birdən yerindən çıxırmış kimi çırpınır, ürək ritmi gah yüksəlir, gah azalırsa, bu fibrillyasiya və infarkt ola bilər.

3. Nəbz stabil deyil
Gah asta vurur, gah tezləşir. Xüsusən qəfildən asta ritmə keçmə təhlükəlidir. Normada nəbz vurğusu 70-90 olmalıdır. Dəqiqədə 100 vurğu taxikardiyadır. Bu ciddi siqnaldır. O yaxınlaşan insuıt və ya mədəcik çatışmazlığını göstərə bilər.

4. Təzqiyin “oynaması”
140-dan yuxarı təzyiq həmişə hipertonik kriz, yəni insult və infarkt riskidir. 90/60-dan aşağı usə baş beynin oksigen aclığına səbəb olur. Ona görə təzyiq tez-tez dəyişən şəxslər, mütləq təcili kardioloqa getməlidirlər.

5. Huşun itməsi
Hətta bir neçə saniyəlik də huşun getməsi ürək və beyini yoxlamaq üçün ciddi siqnaldır. Elə həmin gün həkim çağırılmalıdır.

6. Təngnəfəslik
Pilləkənləri çıxarkən, qaçarkən tövşümək, təngnəfəslik ürək –damar xəstəlikləri, ürək çatışmazlığı, ürək astmasının xəbərçisidir.

7. İrsi ürək xəstəliklərinə meyillilik
Ailəsində, nəslində ürək-damar xəstəliyi, infarkt və insultdan ölənlər varsa, onlar daim risk qrupundadırlar. Atası, babası ürək xəstəsi olanlar və bu problemdən vəfat edənlər ildə 2 dəfə kardioloqa getməli, 30 yaşından diqqətli olmalıdırlar.//medicina.az

Etiketler