Hər gün mal əti yesək, orqanizmdə nə baş verər? — Mütəxəssis AÇIQLADI

Hər gün mal əti yesək, orqanizmdə nə baş verər? — Mütəxəssis AÇIQLADI

Yazar Yorum Yap 23 views

Mal ətinin müntəzəm istehlakı ilə orqanizmdə hansı proselər baş verə bilər?
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı diyetoloq İrina Ryl danışıb.
Mal əti, xüsusilə dana əti tərkibindəki dəmirə görə liderdir. Ona görə də aşağı hemoglobin və ferritin (anemiya) olan insanlar qəbul etməsi lazımdır. İnək ətinin tərkibində yüksək keyfiyyətli zülallar və kollagenin istehsalı üçün lazım olan amin turşuları var. Bu, dərimiz, oynaqlarımız, qan damarlarımız və saçlarımız üçün lazımdı», — mütəxəsis açıqlayıb.
O deyib ki, inək əti testosteron istehsalını təşviq edir ki, bu da kişilərin sağlam və gənc qalması üçün xüsusilə vacibdir:
«Keyfiyyətli inək ətində olan zülal əzələ kütləsinin qurulmasına kömək edir. Yüksək zülal, az yağ və karbohidratsız arıqlamaq istəyənlərə kömək edir».
«Bu məhsul şəkərli diabet xəstələrinin qida rasionunda faydalıdır. İnək əti B vitaminlərinin mənbəyidir (sinir sisteminin işləməsi və immunitet üçün zəruridir). Tərkibində immunitet sistemini gücləndirməyə kömək edən taurin və sink var», — İrina Ryl əlavə edib. (publika.az)

Etiketler