Razyana çox faydalı müalicəvi bitkidir. Şərqdə razyana qədim zamanlardan müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur. Razyanadan hazırlanmış müalicəvi çay müxtəlif faydalı xüsusiyyətlərə malikdir:
— həzm proseslərini yaxşılaşdırır, köpü azaldır
— iştahanı artırır
— nəfəs yollarını selikdən və mikroblardan təmizləyir
— menstruasiya zamanı ağrıları azaldır
— ana südünün ifrazını artırır
— qurdqovucu təsirə malikdir
— sakitləşdirir, yuxunu tənzimləyir
— kişilərdə potensiyanı artırır.
Razyana çayının hazırlaması:
— 1 x.q. razyana toxumları termosda 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, yaxşı süzülür və gündə 2 dəfə 1/2 stəkan olmaqla içilir.