Çox tərləmə bu gizli xəstəliklərdən xəbər verir — HƏKİM

Çox tərləmə bu gizli xəstəliklərdən xəbər verir — HƏKİM

Yazar Yorum Yap 23 views

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur. «Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər-tez buxarlanır və bunun nəticəsində dəri soyuyur”.

Dermatologiya üzrə mütəxəssis Dr. Selma Uçar, tərləmə probleminin, sistemik xəstəliyin xəbərçisi ola biləcəyini bildirib.

«Bədənin isti soyuq tarazlığını tərləmə saxlayır. Vücudda 2-4 milyon tər vəziləri var. Bunlar qadınlarda çox olmasına baxmayaraq? kişilərdə daha aktivdir. Tərləmə həyəcan, fiziki hərəkətlər, qorxu, əsəbiləşmək, kimi vəziyyətlərdə daha da aktivləşir. Lakin bu kimi səbəblər yoxdur və heçnəsiz tərləmələr həddindən çoxdursa, orqanizmdə problem var. Bu durumun altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də belə probleminiz olanda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun».

18-30 yaş arasında daha çox müşahidə edilən lokal tərləmə sosial həyata təsirsiz ötüşmür.

«30 yaşdan sonra ifrat tərləmə problemi daha çox meydana çıxır. Çox tərləmə və eyni zamanda sinədə ağrı, qızdırma, nəbzin sürətli vurması, nəfəs darlığı, arıqlama, kimi hallar varsa ən tez vaxtda həkimə müraciət edin. Xüsusilə ümumi bir tərləmə artımı varsa, sistematik bir xəstəlik düşünülüb araşdırılaraq lazımi tədbirlər görülməlidir. Həddindən artıq tərləməyə hormonal xəstəliklər səbəb olur. Tərləmə maddələr mübadiləsinin nəticəsi olaraq ortaya çıxdığından xüsusilə bədən maddələr mübadiləsini sürətləndirən xəstəliklər əvvəlcə araşdırılmalıdır. Tiroid bezinin həddindən artıq işləməsi yəni hipertiroidi ən çox həddindən artıq tərləməyə səbəb olan sistematik xəstəlikdir. Buna görə bu xəstəliyin digər əlamətləri olan çəki itkisi, əllərdə titrəmə, həddindən artıq əsəbilik, saç tökülməsinin olub-olmadığına baxılır. Hipertiroid kimi böyümə hormonu çoxluğu və adrenalin hormonundakı normal xarici iş də həddindən artıq tərləməyə səbəb olan digər hormonal xəstəlikdir. Həddindən artıq çəki də tərləmənin digər bir səbəbi sayılır. Xəstələrdə ümumiyyətlə hərəkətlə ortaya çıxan bəzən də gecələr həddindən artıq tərləmə şikayəti olur. Xüsusilə baş və boyun bölgəsində tərləmə müşahidə olunur».//medicina.az

Etiketler