İnstaqramda ayaq tutub yeriyən ucuz botokslar nədir? — Kosmetoloq danışdı

İnstaqramda ayaq tutub yeriyən ucuz botokslar nədir? — Kosmetoloq danışdı

Yazar Yorum Yap 46 views

Xanımlar üzlərində yaranan xırda qırışlardan qurtulmaq üçün hər zaman botoksa müraciət ediblər. Hazırda ölkəmizdə müxtəlif qiymətə botoks və digər proseduralar edən kosmetoloqlar mövcuddur. Son günlər isə sosial şəbəkələrdə botoksu 60, 70, hətta 50 manata belə edən, üstündə hədiyyə proseduralar qoyan kosmetoloqların sayı isə artıb. İnsanları isə maraqlandıran bir məqam var: nə üçün bir kosmetoloqun 180-200 manata etdiyi botoksu, digəri 50 manata təqdim edir?

Axşam.az məsələ ilə bağlı araşdırma aparıb. Üzə vurulan bu botoksların hər birinin tərkibi eyni deyil. Onlar keyfiyyətinə görə kateqoriyalara bölünür. Amma hazırda ayaq tutub yeriyən 50-60-70 manatlıq hədiyyəli botokslar isə ümumiyyətlə, üz dərisi üçün nəzərdə tutulmayıb.

Məsələ ilə bağlı peşəkar həkim-kosmetoloq Sevinc Əskərovaya müraciət ünvanladıq. Sevinc Əskərova bununla bağlı suallarımızı cavablandırıb.

— Kosmetoloqların prosedurlara qoyduğu bu qiymət fərqi nədən irəli gəlir?

— Qiymətlərin bu dərəcədə fərqli olması pasientləri çox maraqlandırır. Bu da şübhələr yaradır: niyə bunlar ucuz, başqası baha edir? İlk əvvəl keyfiyyəti nəzərə almaq lazımdır. Keyfiyyətli preparat bahadır. Əlbəttə, kosmetoloq proseduru ucuz edirsə, demək, preparatı da ucuz alıb. Keyfiyyətsiz preparatlarla bağlı şirkətlər cavabdehdi. Həkimin əl işindən çox şey asılıdır. Əgər kosmetoloq özünə güvənirsə və əmindir ki, etdiyi prosedur gələcəkdə bir problem yaratmayacaq, onda baha qiymət qoyur. Əl işindən əmin olmayanlar isə ucuz qiymətə

— Bəs, botokslarda olan qiymət fərqi nədən irəli gəlir? 

— Bu gün botoksla bağlı şikayətlər çoxdur: göz qapağının sallanması, qaşların simmetriyası. Botoksun tərkibinə maye qatılır. Bu mayenin çox qatılması da bu cür problem yaradır. Təəssüflər olsun ki, botoks ucuz qiymətə alınır. Xanımların əksəriyyəti də bu cür ucuz qiymətlər təqdim edən kosmetoloqların yanına qaçırlar. Ola bilsin ki, indi effekt sizi qane edəcək. Amma bir ildən sonra onun fəsadlarını görəcəksiniz. Üzdə bir çox əyilmələr yaranır, orqanizmə ziyandır. Keyfiyyətsiz botokslar qaraciyərə də təsir edir. 

«UCUZ DOLĞULAR ÜZ YOX, BƏDƏN ÜÇÜNDÜR» 

— Son günlər sosial şəbəkədə qarşımıza çıxan 50-60-70 manatlıq dolğular nədir? Niyə qiymətlər bu qədər ucuz təqdim edilir?

— İndi hamının diqqətini çəkən budur. Üstündə hətta hədiyyə də verilir. Bunlar əslində bədən dolğularıdır. Onları ucuz təqdim etmək normaldır. Bədən dolğusunu üzə vururlar. Bunun necə ziyanlı olduğunu təsəvvür edə bilməzsiniz. Bədən və üz dolğusunun tərkibi fərqlidir. Bədən üçün olan dolğunu üzə vuranda ilk vaxtlar şişkinlik olur. Pasient bunu bəyənə bilər. Amma bunlar 2-3 ay effektli qalır. Dodaq dolğusunda, sərt çənədə bunu istifadə etmək istənilən nəticə verə bilməz. Dolğular o qədər fərqlidir ki… Hətta yanağa edilən dolğu da çənə və dodaq dolğusundan fərqlənir. yanaq dolğusunu da xüsusi vurma qaydası var. Düzgün nahiyəyə vurulmayan dolğu axıb çənəyə tökülə bilər.

Bədən dolğuları kosmetoloqların işi deyil. Xanımlar bunun üçün cərrahlara müraciət etməlidir. Ümumiyyətlə bədənə dolğunu məsləhət görmürəm. Ola bilsin ki, plastik əməliyyatdan sonra nəsə korreksiyaya ehtiyac var. Onda bunu etmək olar. Bədən dolğuları korreksiya üçündür, bədənə forma vermək olmaz. Çünki fəsadları böyükdür. Bədənə dolğu vurulanda irin verir, nəticədə yenə cərrah yanına getməli olurlar.

Etiketler