Bəzən sızanaqlar sağaldıqdan sonra belə izləri qalır. Soyuq havanın təsiri ilə bu izlər qızarır və üzdə xoş olmayan görüntü yaradır.
Axşam.az qısa zamanda qızartıları azaldan, qıcıqlanmanı sakitləşdirən və üzdəki şişkinliyi aradan qaldırmağınıza imkan verən üsulları təqdim edir.
— Çobanyastığı çayı dərini sakitləşdirir, iltihabı aradan qaldırır. Təmiz parçanı çaya batırıb soyuq kompres edin.
— Xiyar maskası başqa bir alternativdir. Dərini sakitləşdirmək üçün xiyar və qatıqdan sadə maska hazırlayıb üzünüzə çəkin. Bununla da cilddəki qızartı aradan qalxacaq.
— Acılı qidalarla yanaşı, həssas dərilər üçün qıcıqlandırıcı və quruma təsiri bəxş edən nanədən, tərkibində paraben, sulfat, spirt olan məhsullardan çəkinin.
— Nəmləndirici istifadə edərkən tərkibində gül yağı, aloe və yulaf kimi sakitləşdirici xüsusiyyətlərə malik təbii məhsulların olmasına diqqət yetirin.