Mannı sıyığı körpələrə zərərdir, böyüklər yeməlidir – SƏBƏB

Mannı sıyığı körpələrə zərərdir, böyüklər yeməlidir – SƏBƏB

Yazar Yorum Yap 63 views

Sovet dövründən qalma bir ənənə bu günün də uşaqlarında təkrarlanır. Səhərlər uşağa mannı sıyığı vermək. Xüsusən qatılaşdırılmış süd, süd və şəkərlə bişən mannı sıyığı…

Müasir tədqiqatlar bu qidanın uşaq orqanizmi üçün zərərli olduğunu sübut edib. Savadlı pediatrlar isə uşağa mannı sıyığı təyin etmir. Mannı uşaq orqanizmi üçün ağır kalorili qidadır, mədə və mədəaltı vəz üçün təhlükəlidir.

Səhər onu yedikdə qana kəskin qlükoza sıçrayır, insulin hasili pozulur, uşaqda gələcəkdə piylənmə və diabetə meyillik yaranır.

Əslində mannı sıyığı yaşlı insanlar və qocalar üçün əsas qida olmalıdır.

Mannı sıyığının uşağa zərərləri:

Bir yaşa qədər uşağın rasionunda mannı olmamalıdır.

Çəkisi artmayan, arıq uşaqlara 1 yaşdan sonra mannı sıyığı vermək olar. Amma 3 həftədən çox olmayaraq. 100 qram mannıda 390 kalori var.

Yaşlılara mannı sıyığının faydaları:

— Əqli zəiflik, demensiya, Alsgeymer riskini azaldır, çünki sinir hüceyrəəri üçün mannı yaxşıdır. Həftədə 3 dəfədən artıq yemək olmaz.

— Mannı yarması ürək əzələsini möhkəmlədir

— Əhvalı yaxşılaşdırır, maqniy ilə zəngindir

Kimlərə olmaz:

— Artıq çəkili və piylənməsi olanlara

— Böyrək xəstəliyi olanlara

— Mədə-bağırsaq xəstəliyi, xorası olanlara

— Ciddi sinir xəstəliyi olanlara

— Diabet xəstələrinə

Etiketler