Hər kəs onu ALAQ OTU bilir — Amma DƏRMAN İMİŞ!

Hər kəs onu ALAQ OTU bilir — Amma DƏRMAN İMİŞ!

Yazar Yorum Yap 29 views

Yabanı halda çox vaxt parklarda qarşımıza çıxan bu bitkinin əslində dərman bitkisi olduğunu bilirdiniz?

Çoxlarımız onu dovğada, yağda qızarmış yaxud da duza qoyulmuş şəkildə sevir. Amma sırf müalicə vasitəsi kimi ondan yararlanankar demək olar ki yoxdur. Bu gün bir bax kanalında Pərpətöyün bitkisinin bəzi xəstəliklərin müalicəsi zamanı necə istifadə olunması qaydalarından danışacağıq. Diqqətiniz bizdə olsun.

4000 yaşı olan pərpətöyün bitkisi. Qədim Misirdə bu bitkinin yarpaq və gövdəsindən şəfalı bitki kimi istifadə edirdilər. Ərəblər elə ona görə orta əsrlərdə pərpətöyünü yüksək qiymətləndirərək onu «bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda isə bu bitki daha çox dərman bitkisi kimi tanınırdı. Bu faktı Hipokratın əsərləri də təsdiqləyir.

Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü «istifadəyə məcbur» hesab edirdi. Məşhur şərq təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirib.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında bağ və bağçalarda alaq bitkisi kimi yayılıb.

Pərpətöyünün tərkibi A, B1, B2, K, vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumları istifadə edilir.

Pərpətöyünün tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, sidikqovucu effekt verərək iltihabi məhsulların orqanizmdən xaric olmasını sürətləndirir.

Pərpətöyün yüksək lifli bir tərəvəz olduğundan, həzm sistemini, bağırsağın fəaliyyətini normallaşdırır və qəbizliyin qarşısını alır. Eyni zamanda babasilin yaranmasına mane olur. Bundan başqa mədənin turşu ifrazatını tarazlaşdırır. Bitkinin ən mühüm faydalarından biri də immuniteti gücləndirir və xərçəngin yaranmasının qarşısını alır.

Hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin sayəsində qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.

Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır.

Tərkibindəki A vitamin dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır, qırışların hamarlanmasını təmin edir.

Maraqlıdır, bəs bu şəfalı bitkinin əks göstərişləri varmı?

Pərpətöyün arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadədə ehtiyatlı olmalıdırlar. Daha bir əks göstərişi hamiləlikdir. Bitki uşaqlığın tonusunu artırdığına görə hamilə qadınlar üçün məsləhət deyil./azerforum.com

Etiketler