Göyərtilərin faydası

Göyərtilərin faydası

Yazar Yorum Yap 26 views

İnsanın gündəlik rasionunda meyvə-tərəzlərin olması çox vacibdir. Lakin göyərtilər də öz faydalı xüsusiyyətlərinə görə meyvə-tərəvəzlərdən geridə qalmır. Biz çox vaxt göyərtilərə əlavə kimi, ədviyyat kimi baxırıq. Lakin du heç də belə deyil. Göyərtilərin gündəlik qəbulu (xüsusilə çiy şəkildə) insanın bütün orqan və sistemlərinə çox böyük müsbət təsir edir.

Göyərtilərin tərkibi çox zəngindir — mikro- və makroelementlər, vitaminlər, əvəzolunmaz aminoturşular, selluloz (qida lifləri) və s.

Cəfəri C vitaminlə olduqca zəngindir. Bundan əlavə cəfəridə beta-karotin, A, E, B qrupu vitaminləri var. Cəfəri müxtəlif xeyirli mikroelementlərin əsl anbarıdır. Belə ki, bu göyərtinin tərkibində dəmir, kalium, kalsium, ftor, maqnezium, sink, selen kimi vacib mikroelementlər var.

Cəfəri qanda şəkərin səviyyəsini və qan təzyiqini normallaşdırır, ödemlərin qarşısını alır, müxtəlif xəstəliklərin (o cümlədən, xərçəngin) inkişaf etmə riskini azaldır, kişilərin potensiyasına müsbət təsir edir.

Lakin böyrək daşı xəstəliyi olan insanlar cəfəridən az istifadə etməlidir.

Şüyüd digər faydalı vitaminlərlə yanaşı P vitamini ilə zəngindir. Bu vitamin damarların və kapilyarların divarlarını möhkəmləndirir. Şüyüd həzm proseslərini yaxşılaşdırır, orqanizmi şlaklardan və toksinlərdən təmizləyir, öd- və sidikqovucu effektinə malikdir, təzyiqi normallaşdırır, köpdən azad edir.

Xalq təbabətində şüyüd yumşaq yuxugətirici, əmizdirən analarda südartıran vasitə kimi istifadə olunur.

Keşnişin göyərtisində və toxumunda müxtəlif faydalı vitamin və mikroelementlər var. Keşniş xüsusilə karotin, C, P, B qrupu vitaminlərlə zəngindir. Keşniş həzm prosesləri yaxşılaşdırır, qanın tərkibinə, ürəyin fəaliyyətinə və damarların vəziyyətinə  müsbət təsir edir. Keşniş ağır qidaların (yağlı və s.) mənimsənilməsinə kömək edir, öd- və sidikqovucu, antiseptik təsir edir, insanın sinir sistemini sakitləşdirir.

Od daşı və böyrək daşı xəstəlikləri olan insanlar bu göyərtidən az miqdarda istifadə etməlidir.

İspanaq isanın immun sisteminə, sümüklərə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini normallaşdırır, sinir sistemini sakitləşdirir.

Lakin ispanağı həddən çox miqdarlarda qəbul etmək olmaz. Məsələ burasındadır ki, ispanağın tərkibində turşəng turşusu çoxdur. Bu turşu isə böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Podaqra, böyrək və sidik yolları xəstəlikləri zamanı ispanağın qəbulu arzuolunan sayılmır.

Turşəng A, C, B qrupu vitaminləri, orqanik turşular, ftor və dəmirlə zəngindir. Turşəng insanın immun sistemini möhkəmləndirir, dişlərin və dərinin sağlamlığını qoruyur, qanın tərkibini yxşılaşdırır, anemiya (qanazlığı) zamanı xeyirlidir, insanın sinir sisteminə müsbət təsir edir. Lakin ispanaqda olduğu kimi, turşəng də turşəng turşusu ilə zəngir. Bu isə onu böyrək xəstəlikləri olan və ya onlara meyilliliyi olan insanlar üçün ziyanlı edir.

Kərəviz maqneziumla olduqca zəngindir. Bu isə onu insanın sinir və qan sistemləri üçün çox faydalı edir.

Kərəviz iltihabəleyhinə, sakitləşdirici təsirlərinə malikdir. Arıqlamaq istəyən insanlar bu göyərtini öz gündəlik rasionuna daxil etməlidir.

Kərəviz sellulozla zəngindir. Bu isə onu qəbizlik, köp zamanı çox xeyirli edir. Kərəviz mədə-bağırsaq sistemini təmizləyir, həzm prosesləri və iştahanı yaxşılaşdırır.

Böyrək daşı və mədə xorası zamanı kərəviz ziyanlı ola bilər.

Reyhan güclü mikrob- və iltihabəleyhinə təsirlərinə malikdir, iştahanı artırır.

Kahı da çox xeyirli göyərtidir. Kahı A, B qrupu, C, K, E, Kalium, kalsium, maqnezium, sink, mis, dəmir, selen və s. makro- və mikroelementlərlə zəngindir. Kahı azkalorilidır və bu səbəbdən arıqlamaq istəyən insanlar bu göyərtidən istifadə edə bilərlər.

Kahı insanın sinir və immun sisteminə müsbət təsir edir, yüngül yuxugətirici effekt verir,  həzmə kömək edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanın tərkibini yaxşılaşdırır.

Etiketler