Duzun yaratdığı geri dönüşü olmayan xəstəliklər

Duzun yaratdığı geri dönüşü olmayan xəstəliklər

Yazar Yorum Yap 22 views

Duz, daha dəqiq desək, natrium xlorid orqanizm üçün təhlükə yaratmır. Belə ki, duz olmadan bədəndə mayenin normal balansı mümkün deyil. Bundan əlavə, qan təzyiqini və bir çox digər həyati prosesləri tənzimləyir. Bununla belə, həddindən artıq qəbulu sağlamlıq üçün geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Axşam.az duzun həddindən artıq qəbulu zamanı orqanizmdə yarana biləcək ciddi problemləri təqdim edir.

Kalsium çatışmazlığı

Duz orqanizmdən kalsiumu süzür. Buna görə də onun həddindən artıq istifadəsi dayaq-hərəkət sistemi və dişlərdə problemlərə, dərinin quruluşuna, immunitet sisteminin zəifləməsinə, hətta yuxusuzluğa səbəb ola bilər. Kalsium çatışmazlığının yaratdığı digər bir sağlamlıq problemi isə depressiyadır.

Böyrəkdə daşlarının yaranması

Duz böyrəkdə daşlarının əmələ gəlməsinə səbəb olan əsas amillərdən biridir. Bədəndən xaric edildikdə duz kalsiumla birlikdə böyrəklərdə saxlanılır və kifayət qədər maye qəbulu olmadıqda urolitiyazın (sidik sisteminin orqanlarında daşların meydana gəlməsi) inkişaf riskini artırır.

Ödəm və artıq çəkiyə meyl

Duz bədənin toxumalarında yığılan, ödəm və şişkinliyə səbəb olan mayeni saxlamaq qabiliyyətinə malikdir. Bundan əlavə, duz qan dövranı prosesini ləngidir və yağ hüceyrələrinin parçalanmasının qarşısını alır. Bu da tədricən artıq çəkiyə səbəb olur.

Etiketler