Hamilələr 20-ci həftəyə kimi antibiotikdən maksimum uzaq durmalıdır — Təhlükələri

Hamilələr 20-ci həftəyə kimi antibiotikdən maksimum uzaq durmalıdır — Təhlükələri

Yazar Yorum Yap 193 views

Makrolid, xinolon, tetratsiklin, sulfoniamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir.

Bunu Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma sübut edir.

Medicina.az bildirir ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb.

Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul etmişdilər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırmışdı.

Araşdırmaçılar çox sayda hamilə qadına bu qədər antibiotik təyin olunmasına təəccüb ediblər.

Lakin elə hallar var ki, ağır bakterial infeksiyalarda hamilələrə az dozada da olsa antibiotik təyin edilməlidir.

Etiketler