3-cü dozanı “Pfizer” vurdura bilərikmi? — Açıqlama

3-cü dozanı “Pfizer” vurdura bilərikmi? — Açıqlama

Yazar Yorum Yap 18 views

Birinci və ikinci dozanı “Pfizer” vaksini vurduranlar üçüncü dozanı da “Pfizer” vurdura bilərlər.

Medicina.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.
O bildirib ki, vətəndaşlar 3-cü doza olaraq istədikləri növ peyvənddən istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksini vurulan tibb müəssisələrinin sayı yanvar ayında 2 dəfə artırılıb. Hazırda ölkəmizdə 68 tibb müəssisəsində “Pfizer” vurulur.

Etiketler