«UZİ-dən» keçməyə nə vaxt ehtiyac yaranır?

«UZİ-dən» keçməyə nə vaxt ehtiyac yaranır?

Yazar Yorum Yap 16 views

Vücudumuzun gözlə görünməyən müəyyən hissələrində xəstəliklərin aşkar edilməsi, hər hansı bir inkişaf və ya inkişafsızlığın nəzarət altında saxlanılması üçün icad edilən USM tibb sahəsində ən sıx müraciət olunan diaqnostik müayinə üsuludur.

Medicina.az xəbər verir ki, qarın boşluğunda yer alan orqanların müayinəsi, hamiləliyin təqibi başda olmaqla, bir çox tibbi sahədə anamnez toplamaq və diaqnozun qoyulmasında aktiv istifadə olunur.
USM üçün əsas səbəblər:

— Hamiləlik zamanı yeni doğulacaq körpənin və ananın sağlamlıq vəziyyətini təqibdə saxlamaq;
— Böyrəklərdə, qaraciyərdə, dalaqda, mədəaltı vəzidə, sidik kisəsində funksionallığın və ya disfunksionallığın təyini;
— Öd kisəsində hər hansı bir xəstəliyin və ya daşın olub-olmamasına nəzarət etmək;
— Prostat və ginekoloji bölgələrdəki xəstəliklərin araşdırılması;
— Törəmələrdən iynə ilə biopsiya götürülməsi zamanı görüntüləmə üçün;
— Tiroid mənşəli xəstəliklərin araşdırılması zamanı.

Etiketler