«Körpəyə vitamin qarışıqlarının verilməsini tövsiyə etmirik. D vitamini kifayətdir».
Metbuat.az xəbər verir ki, bu fikirləri pediatr-neonatoloq Altay Abdullaoğlu «körpə uşaqlara vitamin qarışığı verilə bilərmi?» sualını cavablandırarkən deyib.
Həkim qeyd edib ki, xüsusi bir xəstəlik olarsa bu zaman istisna hal kimi körpəyə pediatr tərəfindən təyin edilmiş vitaminlər verilə bilər.
«Məsələn, B vitamini əksikliyi olarsa həkim əksikliyi düzəldəcək miqdarda vitamini verməyi məsləhət görə bilər. D vitamini isə sağlam körpələrə də verilməlidir. Bu onların əsəb sistemini, sümük quruluşlarına və normal inkişaflarına kömək edir. Valideynlər bilməlidirlər ki, artıq vitamin qəbulu sağlam uşaq mənasını daşımır. Həqiqətən miqdar çox olarsa bu onlarda müxtəlif xəstəliklərə səbəb yarada bilər»,- deyə mütəxəssis vurğulayıb.