Üzdəki qara nöqtələrdən azad olmaq üçün sadə və təbii üsul

Üzdəki qara nöqtələrdən azad olmaq üçün sadə və təbii üsul

Yazar Yorum Yap 19 views

Səhərlər güzgüyə baxdıqda üzünüzdə, burnunuzda gördüyünüz qara nöqtələr və civzələr heç də ürəkaçan mənzərə deyil.

Əgər sizin də belə bir probleminiz varsa, qanınızı qaraldan, ozünüzə inamı azaldan bu narahatlıqdan qurtulmağın çox sadə və təbii üsulu var. Bunun üçün sizə sadəcə olaraq limon, su və duz lazım olacaq.

1 xörək qaşığı dəniz duzu, ½  çay qaşığı limon suyu və 1 çay qaşığı su götürün və hamısını qarışdırın. Alınan qarışımı dərinin civzələr xüsusilə çox olan bölgələrinə çəkin. Sonra yüngül və dairəvi hərəkətlərlə 2-4 dəqiqə ərzində onu dəriyə sürtün. Sonra həmin bölgəni yuyun. Üzünüzü həmişə istifadə etdiyiniz adi yuyucu vasitələrinizlə yuyun.

Lakin bu proseduru həftədə 2 dəfədən artıq etmək qətiyyən olmaz. Unutmayın ki, hər şey qədərində olduqda faydalıdır.

Etiketler