Bir çox burun qanaxmalarının yüngül qanaxmalar olmasına baxmayaraq, təhlükəli və şiddətli qanaxmalar da ola bilər.
Saglamoluni.Az medicina.az-a istinadən bildirir ki, burun qanaxmasını tibdə ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür. Burun qanaxmaları, istər uşaqda istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.
Ön burun qanaxmaları: Daha çox uşaq və yeniyetmələrdə görülür.Burun qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarınpartlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.
Arxa burun qanaxmaları: Tez-tez orta və irəli yaşlarda və xüsusən hipertoniyaxəstəliyi olanlarda görülür. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və burundan eyni anda qan gəlir.
Qanaxmanı necə ayırd etmək olar?
Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsinə (burun qanadlarına burun deşikləri ilə burun sümüyü arasındakı yumşaq sahə) tətbiq olunan barmaq təzyiqi ilə dayandırıla bilir.
Qanaxmanın arxadan olub olmadığı əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.
Burun qanaxmasının əsas səbəbləri:
— Qaşıntıya yol verən allergiya, infeksiya və ya quruluq vəziyyətlərində burun təmizlənməsi.
— Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol aça bilər.
— Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin və digər dərman istifadəsi.
— Qaraciyər xəstəlikləri
— Yüksək təzyiq
— Burun əyrilikləri
— Burun qırılmaları, baş və üz yaralanmaları ciddi hallardır
— Şişlər
Ön burun qanaxmasını dayandırmaq üçün nə edilməlidir?
Burun qanaxması ilə üzləşdikdə tətbiq ediləcəkbəzi üsullar vardır:
— Qanaxması olan şəxs sakitləşdirilməyə çalışılmalıdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın şiddəti arta bilər.
— Baş yüngülcə önə doğru əyilməlidir ki qanın udularaq mədəyə getməsinin qarşısı malınmalıdır. Qanaxma miqdarı bilinmədiyinə görə mədə bulanması və qusmağa da yol aça bilər.
— Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.
— Dik oturulmalıdır və ya yatmaq lazımdırsa mütləq baş yüksəkdə olacaq şəkildə
yatmalıdır.
Burun qanaxmasının qarşısını almaq üçün nələr edilə bilər?
— Duzlu su tərkibli spreylərlə burun içi ehtiyatla təmizlənməlidir. -Burun qurcalamaq və fıxırmaq olmaz.
— Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır.
— Olduğunuz yerin havası nəmləndirilməyə çalışılmalıdır. -İsti su ilə vanna edilməlidir, ilıq suya üstünlük verilməlidir.
— Aspirin və ya bənzəri dərmanlar qəbul edilməməlidir.
— İsti və quru mühitdə olmamaq, mühit temperaturu və rütubəti uyğun şəraitə gətirilməlidir.