Qocalmaq istəməyənlər üçün 5 sadə içki

Qocalmaq istəməyənlər üçün 5 sadə içki

Yazar Yorum Yap 59 views

Diyetoloqların fikrinə görə, bəzi faydalı içkilərin müntəzəm istehlakı nəinki sağlamlığı qoruyur, həmçinin orqanizmin qocalmasını da ləngidir.

Saglamolun.az medikforumru-ya istinadla bu içkiləri təqdim edir:

1. Alma şirəsi

Hüceyrələri sərbəst radikalların təsirində qoruyan alma şirəsi qocalmanı ləngidir. Amerika alimləri aşkar edib ki, alma şirəsinin istehlakı yaşlı insanlarda beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır.

2. Nar şirəsi

Tanin, flavonoidlər, vitamin və minerallarla zəngin olduğundan nar şirəsi ən faydalı şirələrdən biri sayılır.

Nar şirəsi arterial təzyiqi normallaşdırır, immun sistemini möhkəmləndirir, xərçəngin riskini azalıdır.

3. Xiyar şrəsi

Bu şirə orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir, ateroskleroz və işemiya xəstəliklərinin riskini azaldır, böyrəkləri təmizləyir, arterial təzyiqi tənzimləyir.

4. Çuğundur şirəsi

Bu faydalı şirə təzyiqi normallaşdırır, beyini cavalaşdırır, immun sisteminə müsbət təsir edir.

5. Limonlu-zəncəfilli su

Mütəxəssislərin fikrinə görə, bu içki damarları yaxşı təmizləyir, orqanizmdə iltihabı azaldır, mübadilə proseslərini sürətləndirir.

Etiketler