Menstruasiya günlərində idman və fitnes zərərlidirmi? — AÇIQLAMA

Menstruasiya günlərində idman və fitnes zərərlidirmi? — AÇIQLAMA

Yazar Yorum Yap 123 views

Belə bir hipoteza var ki, menstruasiya vaxtı ağır fiziki iş, idman, gimnastika qadın orqanizmi üçün zərərlidir və mentruasiyanın ağrılı məqamlarını artıra bilər.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, alimlər əksinə, bu günlərdə fiziki aktivliyin əhvalı yaxşılaşdırdığını bildirib.

Belə ki, idman, gimnastika zamanı təbii olaraq endorfinlərin sintezi artır, bu da əhvalı yaxşılaşdırır, ağrı hissini azaldır.
Endorfinlər təbii ağrıkəsicidir.

Digər elmi tədqiqat sübut edib ki, menstrual tsiklin ilk 2 həftəsində qadınlar özlərini daha dözümlü, güclü, enerjili hiss edir, bu da vacib hormonların səviyyəsinin düşməsi ilə bağlıdır.

Ona görə də bu ərəfə idman üçün kifayət qədər uğurlu günlərdir.

İdman və fitneslə müntəzəm məşğul olanlar bu günlərdə məşqləri saxlamaya bilərlər.

Lakin qanazlığı, təzyiq problemi olanlar, menstruasiya qanaxması güclü olanlar ilk 2 gündə intensiv hərəkətlərdən imtina etməlidir.

Yüngül kardio məşqlər, gəzinti, aerobika hərəkətləri, yoqa üçün heç bir əks göstəriş yoxdur.

Bu spazm və ağrını azaldacaq. Beləliklə, nəticə olaraq, menstruasiya vaxtı idman, gimnastika, fiziki aktivlik faydalıdır.

Etiketler