Qədim təbiblərdən: Qozu 1 gecə suda saxlayıb içsəniz…

Qədim təbiblərdən: Qozu 1 gecə suda saxlayıb içsəniz…

Yazar Yorum Yap 22 views

Hər kəsin istehlak etməli olduğu qidalar arasında yer alan qozun faydaları saymaqla bitmir.

Bütöv qozu bir stəkan suya qoyub bir gecədə saxlayın, alınan qoz şirəsini mütəmadi olaraq istehlak edin və faydalarını görün.

Aztibb.az bildirir ki, bu şirə həzm sistemi üçün əla köməkçidir. Qəbizliyi aradan qaldırır. Həm də qaz problemi və şişkinlik kimi narahatlığın qarşısını alır. Ağrılı menstruasiya keçirən qadınların bu dövrü daha rahat keçirməsinə şərait yaradır.

Qoz şirəsi süd verən və hamilə qadınlara da məsləhət görülür. Hamiləlik zamanı artıq çəki artımının qarşısını alır. Bundan əlavə, süd verən analarda qoz suyunun tərkibindəki vitaminlər də süd vasitəsilə körpəyə keçir. Bu dövrdə körpə üçün lazım olan vitaminlər təbii şəkildə qəbul edilir.

Tərkibindəki vitaminlərlə beynin funksiyalarını gücləndirir. Beləliklə, gələcəkdə Alzheimer kimi beyin xəstəliklərinə tutulma riskini azaldır.

Qoz suyu arıqlamağa kömək edir. Tərkibindəki zülal ekstraktları ilə bədənin yağ yanmasını sürətləndirir və beləliklə arzuolunmaz bölgələrdə yağların yığılmasına təsir edir. Maddələr mübadiləsini də sürətləndirdiyi üçün arıqlamağa çalışanların hər gün ac qarına bir stəkan qoz suyu içmələri tövsiyə olunur. Bu bəzi pəhriz proqramlarında yeməklər arasında istehlak edilə bilən bir içkidir.

Dərinin yumşalmasını və daha sağlam görünüşünü təmin edir. Sızanaq kimi dəri problemlərinin müalicəsində də istifadə olunur. Dırnaqları və saçları gücləndirmək üçün qulluq vasitəsi kimi də məsləhətdir.

Qoz suyu yuxu problemi olanlar üçün vacib bir içkidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu rahat yatmağınıza kömək edir.

Yorğunluq, gərginlik və zəiflik kimi problemləri azaldır, həyat keyfiyyətinizi yaxşılaşdırır.

Etiketler