Panik atak hamiləlik dövründə tez-tez rast gəlinən vəziyyətdir.
Bu dövr qadın üçün həm fiziki, həm də ruhi baxımdan böyük dəyişikliklərin olduğu mərhələdir. Hormon səviyyəsinin yüksəlməsiylə əlaqədar duyğusal hallar, əhvalın dəyişməsi yaşana bilər. Həmçinin uşaqla bağlı narahatlıqlar, “yaxşı ana ola biləcəm” kimi suallar, həyat tərzindəki dəyişikliklər və maddi problemlər də panik atakın psixoloji faktorlarını yaradır.
Hamiləlikdə panik atak simptomları fərqlidir?
Hamiləlik müddətində panik atak simptomları ilə əvvəl olanlar arasında heç bir fərq yoxdur:
— Ürək döyüntüsünün artması
— Döş qəfəsində ağrı
— Titrəmə
— Tənəffüs çətinliyi və s.
— Atak keçirən şəxs infarkt keçirdiyini düşünür, hətta bəzən öləcəyini hiss edir.
Yeganə müalicə üsulu dərman deyil!
Panik atakda ən çox müraciət olunan terapiya üsullarından birincisi farmakoterapiyadır. Lakin hamiləlik müddətində dərman preparatlarının uşağa verəcəyi mənfi təsirlərdən dolayı pasiyentin dərman qəbul edilməsi təqdir olunmur. Bu səbəbdən də panik atakda yeganə üsul dərman deyil. Psixoterapiya vasitəsilə effektiv şəkildə problem korreksiya oluna bilər. Koqnitiv terapiya və bihevioral terapiya panik atakın müalicəsində ən təsirli psixoterapiya metodlarıdır. Terapiyanın əsasında panik pozuntu haqqında məlumat verilir, stress yaradan faktorlar araşdırılır və bunların aradan qaldırılma üsulları pasiyentə tətbiq edilir.
Həmçinin hamilə şəxsə bir neçə tapşırıq verilir:
— Birinci addım: ailə və ətrafdakıların dəstəyi. Bu müddəti keçirmək üçün ən böyük köməkçilər onlar olacaq.
— Tədqiqatlar həyat yoldaşının göstərdiyi sevgi və qayğının hamiləlikdə panik atakı azaldığını göstərir.
— Ana olacaq şəxsin təcrid olunmasının əksinə, sosial həyatını daha fəal şəkildə təmin etmək.
— Hamilə şəxs kofein qəbulunu (çay, yaşıl çay, kofe və s.) azaltmalı, mütəmadi yuxu rejiminə diqqət etməlidir.
— Müxtəlif nəfəs hərəkətləri stressi azaldır və rahatlamasına kömək edir
— Hamiləlik müddətində psixoloji yardım alması bu mərhələdə yaşadığı narahatlıqların qarşısını almağa kömək edə bilər. Əks təqdirdə keçirdiyi gərginlik panik atak tutmalarının artmasına səbəb ola bilər