Çox uzun dırnaqlar, süni dırnaqlar, müasir manikür sağlamlıq üçün təhlükəlidir.
Day.Az bakupost.az-a istinadən xəbər verir ki, biologiya elmləri üzrə professor Cefri Kaplan uzun dırnaq plastininin zərəri və təhlükəsi barədə açıqlama verib.
Uzun dırnaqlar bakteriya, göbələk üçün əsl anbar rolunu oynayır.
«Dırnaq plastini nə qədər çox uzundursa, ona zərərli mikroorqanizmlərin yapışması imkanı daha çoxdur. Hətta su ilə belə onları yuyub təmizləmək çətindir.
Elmi araşdırma zamanı uzun dırnaqların altından 32 növ bakteriya, 20 adda göbələk aşkarlanıb. Onların içində dözümlü statilakokk belə var.
Fərqi yoxdur, təbii, yoxsa süni dırnaq, boya çəkilib, yoxsa çəkilməyib, əgər onlar barmaqdan xeyli irəli çıxıbsa, onların altında xeyli mikrobun olması ehtimalı bir o qədər yüksəkdir.
Dırnaqların altını xüsusi alətlə təmizləmək belə çıxış yolu deyil. 1 saat sonra göbələklər yenə yapışır.
Barmağı ağız apardıqda, əllərlə yemək yedikdə, dırnaqlarla dərini, baş dibini qaşıdıqda mikrob dərinin altına, ordan da orqanizmə asanlıqla keçir.
Bundan əlavə ayrıca dırnaq infeksiyaları da yarana bilər.
Xüsusən azyaşlı uşaqları olan qadınlar bu dırnaqlarla nəinki özlərini, hətta uşaqlarını da təhlükəyə atırlar» — deyə həkim xəbərdar edib.