Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır — Vacib SƏBƏB

Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır — Vacib SƏBƏB

Yazar Yorum Yap 266 views

Bildiyimiz kimi, Yaponiya alimləri qan qruplarının insan sağlamlığına olan təsirinin araşdırması ilə çox sıx məşğul olurlar.

Belə araşdırmalardan biri aşkar edib ki, 1-ci qan qrupu olanlarda digər qruplarla müqayisədə ciddi travma aldıqdan sonra ölüm riski daha yüksəkdir.

Bu səbəbdən mütəxəssislər qeyd edir ki, 1-ci qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalı, müxtəlif travma, qəza və s. bədbəxt hadisələrin profilaktikasına ciddi yanaşmalıdır.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər araşdırma zamanı 900 təcili yardım  xəstəsinin xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, 1-ci qan qrupu olanlarda ciddi travma zamanı ölüm riski 28%, digər qruplarda isə 11%-dir.

Mütəxəssislər qeyd edir ki, bunun əsas səbəbi 1-ci qan qrupu olanlarda qanın daha duru olması və daha gec qatılaşmasıdır. Qanın qatılaşmasına cavabdeh olan zülal 1-ci qan qrupunda daha azdır.  

Lakin 1-ci qan qrupunun bu xüsusiyyəti damarlarda trombların riskinin azalmasına səbəb olur. Bundan əvvəl aparılmış araşdırmalar həqiqətən göstərib ki, 2,3 və 4-cü qan qruplarında 1-ci qan qrupu ilə müqayisədə tromblaşmanın riski daha yüksəkdir.    

2017-ci ildə Avropa kardioloqlar cəmiyyətinin iclasında 1,3 mln insanın iştirakı ilə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Alimlər məlumat veriblər ki, 1-ci qan qrupu olan insanlarda ürək xəstəliklərinin riski digər qruplarla müqayisədə 9% daha azdır.  

Etiketler