100 il yaşamaq istəyirsiniz? – Bu 2 məhsulu yeyin

100 il yaşamaq istəyirsiniz? – Bu 2 məhsulu yeyin

Yazar Yorum Yap 981 views

Yaponiyalı həkimlər yumurta və balıqları ömrü uzadan ən faydalı məhsullar adlandırıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu məhsulların müntəzəm istifadəsi həm də mövcud xəstəliklərin inkişaf və ya şiddətlənmə riskini azaldır. Belə nəticələrə alimlər tədqiqat nəticəsində gəlib.

Yaponiya şirkətlərindən birinin mütəxəssisləri 100 ildən daha yaşlı bir neçə yüz könüllü ilə sorğu keçirib.Uzun ömürlü insanların menyusunda həmişə yumurta, balıq, pendir tofu və zülallarla zəngin digər məhsullar olub.

Zülalların sağlamlıq üçün xeyiri aydındır — bu orqanik maddələr orqanizm üçün əsas tikinti alətidir.

Orqanizmdə zülal amin turşularına qədər parçalanır, hansılar ki, orqanizm əzələ kütləsinin formalaşması və immunitetin saxlanılması üçün istifadə edirlər.

Həkimlər brokoli, qoz-fındıq və pendirdən daha tez-tez istifadə etməyi də məsləhət görüblər.

Yaşlılarda yüksək protein tərkibli qidalar rasionda çox olmalıdır, çünki onlara tələbat artır.

Etiketler