Burun qanamasının səbəbi nədir?

Burun qanamasının səbəbi nədir?

Yazar Yorum Yap 165 views

Yəqin ki, hər bir insanın ən az bir dəfə də olsa burnu qanayıb. Bəzilərində isə bu hal daha çox olur. Dünyada sübut edilib ki, hər il insanların təxminən 5-10 %-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır.

Axşam.az xəbər verir ki, bu qanaxmalar bəzən ciddi xəstəliklərin göstərişi ola bilər. Yəni 90%-i öz-özünə keçib getdiyi halda, digər 10%-nə həkim müdaxiləsi mütləqdir.

Bəs görəsən, burun qanaxmasına səbəb nədir? Bunun 8 əsas səbəbini təqdim edirik:

1. Burnu barmaqla və ya hər hansı əşyayla eşmə — Bu, xüsusilə uşaqlarda tez-tez rast gəlinən hadisədir.

2. Travmalar — Hər hansı plastik əməliyyat, üzgüçülük və ya suya baş vurma zamanı yaranan təzyiq, uzunmüddətli spreylərdən istifadə burun qanaxmasına gətirib çıxarır.

3. Burun çəpərində əyrilik — Bu, normal hava axınını pozduğu üçün nəfəs yolunda quruma başlayır və qanaxmaya səbəb olur. Əməliyyatla problem həll olunarsa, qanaxmalar da yoxa çıxar.

4. İstilik sistemləri — Xüsusilə, qış aylarında istilik sistemlərinin nəfəs yollarında yaratdığı quruluq, infeksiya səbəbindən uşaq və yeniyetmələrdə burun qanaxmasına daha çox rast gəlinir.

5. Şişlər — Burun daxilindəki şişlər və sinuslar qanaxmaya səbəb olan amillərdəndir.

6. Hormonal pozğunluq — Hamiləlik dövründə qanın miqdarının artması səbəbindən burun qanaxmalarına tez-tez rast gəlinir.

7. Ürək-damar xəstəlikləri — Yüksək təzyiq, ürək çatışmazlığı kimi problemlər qanaxmalara səbəb olur.

8. Hemofiliya (qanın laxtalanmaması) — Anadangəlmə və ya sonradan yaranan bu xəstəlik daşıyıcıların həyatı üçün böyük risk yaradır. Belə xəstələrdə burun qanaxması tez-tez ortaya çıxan əlamətdir.

Etiketler