İnfarktdan və insultdan xilas edən yeganə qan qrupu

İnfarktdan və insultdan xilas edən yeganə qan qrupu

Yazar Yorum Yap 668 views

İnsanı infarkt və insultdan qoruyan qan qrupu açıqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkimlərin fikrincə, hər bir qan qrupunun özünəməxsus xüsusiyyətləri var.

Birinci qan qrupunun xüsusiyyəti ondan ibarətdir ki, onun daşıyıcıları ürək-damar sisteminin xəstəliklərinə daha az meylli olurlar.

Bu fenomen birinci qrupun qanında səkkizinci laxtalanma faktorunun və Vallebrand faktorlarının çox sayda protrombotik agentinin olmaması ilə izah olunur.

Sadə sözlərlə desək, birinci qan qrupu qan laxtalarının əmələ gəlməsinə, insult və infarktların inkişafına təsir edən komponentlərin genetik cəhətdən aşağı səviyyəsinə malikdir.

Həkimlər onu da əlavə edib ki, qan qrupu qadınların reproduktiv sisteminin sağlamlığını mühakimə etmək üçün istifadə edilə bilər.

Çoxsaylı tədqiqatlar göstərir ki, mayalanma ilə bağlı problemlər nadir hallarda üçüncü qan qrupu olan qadınlarda baş verir.

Etiketler