Ağız qoxusu problemi insanın peşə və ictimai həyatına ciddi təsir edən, özünə inamını zədələyən problemlərdən biridir. Bu pis qoxu şəkər xəstəliyi, sinusit və mədə problemləri, tənəffüs yolları xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı kimi səbəblərdən qaynaqlana bilər. Bundan əlavə pəhriz növü və ağız qoxusuna səbəb olan qidaların istehlakı da bu şikayətlərin artmasına yol açır.
Azdoktor.azAxşam.az-a istinadən qoxunu aradan qaldırmaqda sizə yardımçı olacaq təsirli üsulların bəzilərini təqdim edir.
1. Dişlərinizi fırçalayın
Dişləri gündə ən azı 2 dəfə 2 dəqiqə olmaqla fırçalayın. Qoxuya səbəb olan faktorlardan ən birincisi dişlə arasında yığılan və pis qoxuya səbəb olan qida qalıqlarının yaxşı təmizləməməsidir.
2. Dilin üstünü də təmizləyin
Çox vaxt dişləri fırçalayan insanlar dili təmizləməyi unudur. Buna görə fırça ilə dilin arxasını təmizləməyi unutmayın.
3. Bol su için və ac qalmayın
Su dilin qurumasının qarşısını alır və ağızdakı bakteriyaları azaldır. Ağız qoxusundan qurtulmaq üçün gündə ən azı 8 stəkan su içməlisiniz. Həmçinin gün ərzində ac qalmayın və tez-tez yemək yeyin.
4. Mixək çeynəyin
Ağızda hər hansı qoxu hiss edirsinizsə, bir neçə mixək çeynəyin.
5. Qatıq yeyin
Qatıq ağzınızın pH səviyyəsi balanslaşdırılır, bakteriya və həddindən artıq turşu əmələ gəlməsinin qarşısı alınır. Səhər yeməyində yarım kasa qatıq yeyərək günə başladığınız zaman ağız qoxusu problemi aradan qalxacaq.
6. Darçın istifadə edin
Darçın ağız qoxusunu aradan qaldırmağın ən təsirli üsullarından biridir. Darçınlı içkilər içmək və ya darçın çeynəmək ağızdakı bakteriyalarla mübarizə aparmaqda və qoxunu aradan qaldırmaqda sizə kömək edəcək. Darçından yeməyə əlavə edərək də istifadə edə bilərsiniz.
7. Qarqara etmək
Yatmazdan əvvəl duzlu və içinə azca yod damcıladılmış su ilə qarqara edin. Bu səhər hiss etdiyiniz qoxu problemini zamanla azaldacaqdır.