Kimlərə doğramac yemək olmaz? — Zərəri

Kimlərə doğramac yemək olmaz? — Zərəri

Yazar Yorum Yap 293 views

Yay aylarının tələbatlı qidası ovdux, soyuq doğramac bəzi xəstəliklərdə əks göstərişdir.

Azdoktor.az bakupost.az-a istinadən xəbər verir ki, dietoloqlar bu xəstələrə doğramacı qadağan edir.

Mədə-bağırsaq, mədəaltı vəz xəstəliyi olanlara bu yemək olmaz.

«Ən faydalı doğramac kefirlə olandır. Lakin ona yağlı kolbasa, kartof çox qatmaq olmaz. Əslində təbii qida həzm sisteminə faydalıdır. Lakin mədə-bağırsaq xəstəliyi olanlara əksinə təsir edir.

Bağırsağın iltihabi xora, kolit, Kron xəstəliyi, mədə reflüksü, qastriti, iltihabı, pankreatiti olanlara qadağandır.

Eləcə də laktoza-süd keçirməzliyi olanlar, ürək xəstəliyində də bu qida olmaz.

Digər sağlam insanlar yalnız isti havada soyuq doğramac yeməlidir.

Onu kefir və ya ayranla hazırlayın».

Etiketler