Rusiyalı həkim-terapevt Aleksey Xuxrev ağcaqanadlardan qorunmaq üçün çox sadə üsul təqdim edib.
Azdoktor.az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, ağcaqanadlar tər qoxusunda olan azot birləşmələrinə xüsusi reaksiya verir və çox tərləyən insanları daha tez-tez sancırlar.
Xuxrev yatmazdan qabaq ilıq duş qəbul etməyi tövsiyə edir. Bu sadə qayda tərləməni və tər qoxusunu azaldacaq ki, nəticədə ağcaqanadlar sizi daha az narahat edəcək.