Qarın bölgəsindəki yağları azaldan qidalar

Qarın bölgəsindəki yağları azaldan qidalar

Yazar Yorum Yap 11 views

Yayda, çimərlik mövsümündə artıq çəki narahatlıq yaradır. Xüsusən qarın bölgəsində olan artıq piylər siziəyləncədən məhrum qoyur. İdman, gündəlik gəzinti ilə yanaşı düzgün qidalanma sizi bu problemdən xilas edə bilər.

Axşam.az qarında olan artıq çəkidən qurtulmağınıza yardımçı olacaq qidaları təqdim edir.

Alma sirkəsi

Bu sirkə qandakı şəkəri və xolesterini tənzimləyərək qida istehlakını minimuma endirir. Eyni zamanda maddələr mübadiləsini 20 faiz sürətləndirir. Yeməkdən əvvəl istehlak edilən alma sirkəsi toxluq hissi yaradır.

Çia toxumu

Toxluq hissi təmin edən çia toxumları sayəsində qida istehlakı azalır. Tərkibində təbii yağlar bədəndəki piylərin yandırılmasında çox təsirlidir.

Kokos yağı

Bu yağ tiroid hormonunun nizamlı işləməsini təmin edərək maddələr mübadiləsi sürətini artırır. Bu, həmçinin daha çox qida qəbul etmək istəyini azaldır.

Kefir

Kefir bağırsaqları tənzimləyən probiyotikləri ehtiva edir ki, bu da artıq çəkiyə səbəb olan yağ yandırılması prosesini sürətləndirir. 

Kələm, gül kələm, brokoli

Bu tərəvəzlərin pəhriz dövrlərində çiy və ya qaynadılmış şəkildə istehlak edilməsi tövsiyə olunur. Onlar zeytun yağı ilə birlikdə istehlak edildikdə arıqlamağınızla yanaşı sağlamlığınızın da qayğısına qalacaqdır.

Bitki çayları

Pəhriz dövründə bitki çaylarının istehlakı maddələr mübadiləsi sürətini yüzdə 20 artırır. 

Qreypfrut

Maddələr mübadiləsi sürətini yüzdə 30 artıran qreyfurt qarın bölgəsindəki artıq çəkidən qurtulmaq üçün ən sağlam qidadır.

Etiketler