Qurban əti necə saxlanmalı və bişirilməlidir?

Qurban əti necə saxlanmalı və bişirilməlidir?

Yazar Yorum Yap 7 views

Qurban əti kəsiləndən sonra 4-5 saat və ya mümkünsə 1 gün sərin və günəş işığı olmayan yerdə dinləndirilməlidir.
Yeniavaz.com xəbər verir ki, hava keçirməyən, təmiz torbalarda qablaşdırılan ətlər dondurucuda xarab olmadan 1 ilə qədər saxlanıla bilər.
Ət soyuducuda 3-4 gündən çox qalmamalıdır. Əti sonradan necə istifadə edəcəyimizi müəyyənləşdirərək, məsələn, kiçik parçalar və ya qiymə şəklində hazırlamalı və torbalara qoyub dondurucuda saxlamalıyıq.
Qurban əti dinləndirildikdən sonra bişirildikdə daha yumşaq və daha ləzzətli olur, həmçinin bu proses ətin qoxusunun qarşısını da alır.
Qeyd edək ki, kəklikotu, rozmarin və dəfnə yarpağı ətin qoxusunu yüngülləşdirən ədviyyatlardır.
Xatırladaq ki, sabahdan Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Etiketler