Yatmazdan əvvəl gecələr başı yumaq təhlükəlidir.
Azdoktor.Az Bakupost.az-a istinadən xəbər verir ki, dermatoloq həkim yaş saçla yatmağın zərərlərindən danışıb.
«Əgər yaş başla yatsaz, damarların spazmı və boyunun soyuması baş verir ki, nəticədə sinirlər iltihablanır, ən azı səhər baş ağrısı ola bilər.
Eləcə də yaş başı yastığa qoyduqda, yastıqdakı tük və ya lələklə təmasdan gənələr əmələ gəlir, onlar da dəri və başda allergik reaksiyalara səbəb olur.
İnsan sərin havada, soyuq məkanda nəm saçlarla yatırsa, soyuqdəymə ola bilər. Eləcə də saçların keyfiyyəti pozulur».
Mütəxəssis qeyd edib ki, yaxşı olar ki, saçlar gündüz yuyulsun, ya da yatmazdan 1 saat əvvəl tam qurudulsun.
Uşaqların başını axşam yuyub yatızdırmaq xüsusilə zərərlidir.