Mandarin qabıqlarından müalicəvi çay

Mandarin qabıqlarından müalicəvi çay

Yazar Yorum Yap 26 views

Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.

Azdoktor.az saglamolun.az-a istinadən bildirir ki, mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.

Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan  isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.

Bu çayın bir çox faydalı xüsusiyyətləri var:

— immun sistemini möhkəmləndirir

— öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir

— ishal zamanı bağırsaqları «yığır»

— bağırsaqlara antiseptik təsir edir

— qurdqovucu təsirə malikdir

— stressi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır

— qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)

— soyuqdəymə zamanı çox faydalıdır.

Etiketler