Banana bu maddə vurulur — Xərçəng riski yaradır

Banana bu maddə vurulur — Xərçəng riski yaradır

Yazar Yorum Yap 5 views

Fransanın Martinik departamentində bananın saraldılması üçün etefon adlı maddədən normadan artıq istifadə edildiyi üzə çıxıb.

Prokurorluğun təhqiqatı zamanı əksər satış şəbəkələrində sözügedən maddədən istifadə edildiyi üzə çıxıb.

Etefon maddəsi vaxtından əvvəl yığılmış meyvələrin bərabər şəkildə yetişməsinə imkan verir. Bu maddənin tətbiqi meyvəyə xüsusi əmtəə görünüşü verir. Martinik departamentində etefonun yalnız ananasa tətbiqinə icazə verilsə də, ondan sui-istifadə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildəki açıqlamasına görə etefondan istifadə xərçəng riski yaradır. Maddəni bitkilərə tətbiq edən şəxslərdə isə dəri xəstəlikləri yaranır.

APA

Etiketler