Beyində iltihaba qarşı SARIKÖK — Faydası

Beyində iltihaba qarşı SARIKÖK — Faydası

Yazar Yorum Yap 10 views

Ağıl zəifliyi beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunan bir sıra xəstəliklərə gətirib çıxarır.

Bu cür xəstəlikləri olan insanlarda beyində neyronlar zədələnir və məhv olur, bu neyronlar arasında əlaqə isə pozulur, bu da orqan sahələrinin azalmasına gətirib çıxarır. Xoşbəxtlikdən, bəzi sarıkök birləşmələri beyində yeni neyronların artmasına kömək edə bilər.

«Sarıkök kurkumin adlı bioloji aktiv birləşməsi ilə yaxşı tanınır. Kurkumin Altsheymer xəstəliyi olan pasiyentlərdə koqnitiv funksiyaları inkişaf etdirərək, beyinə iltihab əleyhinə vasitə kimi təsir edir.

Medicina.az xəbər verir ki, həkim nevroloq Aleksanda Aleksina onun kök hüceyrələrinin sayının çoxalması sayəsində neyrodegenerasiya əleyhinə müdafiəni təmin etdiyini bildirib.

Beyində və onurğa beynində aşkar olunan sinir kök hüceyrələri (SKH) mərkəzi sinir sisteminin müxtəlif növ hüceyrələrinə, misal üçün neyronlara ayrıla bilən xüsusi hüceyrələrdir. Neyronlar təfəkkür üçün həlledici əhəmiyyət kəsb edir, çünki onlar beyin və sinir sisteminin müxtəlif sahələrinə məlumatı ötürür.

Beyin neyron zəncirlərini qurmağa kömək etmək üçün uzun inkişaf dövrü ərzində yeni neyronlar istehsal etməyə meyillidir. Onlar, öz növbəsində, yaddaş üçün həlledici əhəmiyyət kəsb edən beynin müxtəlif sahələri arasında informasiya magistralları kimi hərəkət edir.

Etiketler