Alimlər yuxu çatışmazlığının gözlənilməz nəticələrini müəyyən edib

Alimlər yuxu çatışmazlığının gözlənilməz nəticələrini müəyyən edib

Yazar Yorum Yap 11 views

«Yuxu ilə bağlı vəziyyət nə qədər pis olarsa, insan bir o qədər acgöz, təkəbbürlü və az empatiyalı olur…»

«Yuxu çatışmazlığı insanın təkcə fiziki vəzıyyətinə deyil, həm də sosial funksiyalarının icrasına neqativ təsir göstərir…»

«Alimlər yuxunu məcburi vaxt itkisi hesab etməməyə, çox yatan insanları tənbəl adlandırmamağa çağırış edir…»

ABŞ-ın Berklidəki Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, kifayət qədər yuxu almamaq insanın təkcə fiziki vəziyyətinə neqativ təsir göstərmir, həm də beynin sosial davranışa uğurla nəzarət etmək qabiliyyətini sarsıdır, «insan birliyinin təməlini dağıdır».

Moderator.az xəbər verir ki, bu barədə «9-cu kanal» nəşri yazıb.

«PLOS Biology» jurnalında dərc edilən məqalədə mütəxəssislər bir sıra eksperimentlərdən söhbət açıb.

Bu eksperimentlər göstərib ki, yuxu çatışmazlığı sosial funksiyaların icrası və başqa insanı anlamaq qabiliyyəti ilə əlaqəli olan bir çox neyron konturlarının aktivliyini aşağı salır.

Bir neçə mərhələdə keçirilən tədqiqatda yüzdən artıq könüllü iştirak edib.

Nəticədə bəlli olub ki, insanın yuxusu ilə bağlı vəziyyət nə qədər pis olarsa, o, bir o qədər acgöz, təkəbbürlü və empatiyaya az qabiliyyətli olur.

Alimlərin gəldiyi nəticələr ABŞ-da 2011-2016-cı illər arasında edilən bir neçə milyon ianələr barədə anonim məlumatlar bazası əsasında aparılan statistik tədqiqatı təsdiq edir.

Məlum olub ki, qış vaxtına keçilməsi ilə əlaqədar saatların bir saat qabağa çəkilməsi bir çox insanların yuxusu qəflətən qısalanda, ianələrin ümumi miqdarı 10 faiz aşağı düşüb.

Nəzərə alsaq ki, belə günlərdə yuxunun qısalması cəmi bir saat təşkil edir, bu, çox güclü effektdir.

Tədqiqat müəlliflərindən biri olan Metyu Uolkerin sözlərinə görə, yuxu sosial münasibətlər və qarşılıqlı əlaqələr, insan davranışında başqasının dərdinə şərik olmağın və səxavətin təzahürləri üçün əla «təmas» deməkdir

Alimlər yuxunun özünə diqqətlə yanaşmağa, onu məcburi vaxt itkisi hesab etməməyə, çox yatan insanları isə tənbəl adlandırmamağa çağırış edib.

Etiketler