Zeytun yarpağından hazırlanan çayın müalicəvi gücü

Zeytun yarpağından hazırlanan çayın müalicəvi gücü

Yazar Yorum Yap 10 views

Zeytun yarpağı hələ çox qədimlərdən müalicə məqsədi ilə istifadə olunub amma bu yarpaq haqqında həmişə araşdırmalar aparıldığından məlumatları da yeniləmək lazımdır.

Zeytun yarpağı, şəkəri və qan təzyiqini aşağı salır.

Zeytun yarpağı qaraciyərin dostudur, qaraciyər piylənməsində, hepatitlərdə, öd durğunluğunda, yüksək xolesterində, lipidlərdə yüksəlmə varsa zeytun yarpağından hazırlanan çay idealdır.

Fizulihuseynov.com bildirir ki, zeytun yarpağı həmdə ürəyimizin dostudur. Qan damarlarını açır, qan dövranını yaxşılaşdırır, aterosklerozdan əziyyət çəkən və infarkt keçirmiş insanlar üçün çayın içilməsi tövsiyyə edilir.

Zeytun yarpağının çayı beynimiz üçün də çox faydalıdır, beləki beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, miqren xəstələri, dağınıq skleroz, skleroz, hətta beyin şişi (xoşxassəli) xəstəliklərində içilməsi çox faydalıdır, göz görməsinə yaxşı təsir edir, revmatizm əleyhinə təsiri vardır.

Zeytun yarpağının çayı çox əla bir bədən təmizləyicisidir, bədəndə yığılmış şlakları, piyləri, toksinləri atmaq üçün əla bir vasitədir, arıqlamaq istəyənlər üçün də ziyansız faydalı bir üsuldur.

Zeytun yarpağının çayı antibakterial xüsusiyyətləri də vardır. Məsələn, 2 xörək qaşığı zeytun yarpağını 1 stəkan suda 5 dəq zəif qaynadıb sağalmayan irilənmiş yaraları bu dəmləmə ilə tez-tez isladın, qadınlarda uşaqlıq iltihabında zeytun yarpağı çayı həm içilir həm də uşaqlıq yolu şırınqa edilərək yuyulur.

5 xörək qaşığı zeytun yarpağını 3 stəkan suda 5 dəq qaynadıb 15 dəq dəmləyib süzün saçlarınızı yuduqdan sonra bu su ilə başınızı yaxalayın baş qaşınmalarında, göbələklərdə, saç dibi seboreyasında, baş dərisi səpgilərində faydalıdır.

Zeytun yarpağı çayı əla bir antioksidantdır bəd xassəli şişlərə və sistem xəstəliklərinə tutulmamaq üçün çayın içilməsi çox faydalıdır.

Zeytun yarpağı çayı nə qədər faydalıdırsa da çayın dəmləməsi o qədərdə xoşagələn deyil ona görə biz müxtəlif vasitələrdən istifadə edərək dadlı çay dəmləməliyik ki, insanlar üçün həm rahat olsun həmdə xoşagələn.

1. 2 çay qaşığı qurudulmuş zeytun yarpağı 1 çay qaşığı yaşıl çay 3 stəkan suda dəmlənilir gündə 3 dəfə içilir

2. 2 çay qaşığı zeytun yarpağı 1 çay qaşığı qabıq darçın (toz olmasın) 3 stəkan suda dəmlənilib içilir

3. 2 çay qaşığı zeytun yarpağı 6-7 ədəd mixək 3 stəkan suda dəmlənilib içilə bilər

4. 3 çay qaşığı zeytun yarpağı yarım limon (qabıqlı vəziyyətdə) 3 stəkan suda dəmlənilib zövqə görə bal qarışdırılıb içilə bilər.

5. 2 çay qaşığı zeytun yarpağı və qoz boyda təzə zəncəfil 3 stəkan suda dəmlənilib içilə bilər.

Milli.Az

Etiketler