Bədəndən ayaqdan başa kimi pis qan dövranı 40 yaşdan sonra insanı sürətlə qocaldan əsas səbəblərdən və simptomlardan biridir.
Day.Az medicina.az-a istinadən xəbər verir ki, fizioterapevt Krus Tatt hər kəsin qan dövranının vəziyyətindən xəbərdar olmalı olduğunu bildirib.
«Qan dövranının pozulması təkcə yaş dəyişikliyi yox, eləcə diabet, ürək-damar problemi və damar xəstəliklərində ola bilər.
Onu müalicə etmədikd öz-özünə həll olan deyil. Əvəzində qısa müddətdə tromb, tromboz, infarkt, insult, xoralara səbəb ola bilər.
Pis qan dövranının əlamətləri bunlardır.
— Ayaqlarda sanki iynə batırma hissi.
— Soyuq əllər və ayaqlar — qan dövranı aşağı düşdükdə periferik zonalar daha soyuq olur
— Ödem, şişkinlik — əllər, ovuclar, ayaqlar şişir
— Əzələ spazmı, oynaqlarda ağrılar, ayaqlarda ağrılar — ən birinci səbəblərdən biri qan dövranı pozulmasıdır.
— Dərinin rənginin dəyişməsi — göyərmiş, ağarmış rəng alır. Əllərin barmaqlarına diqqət yetirin. Eləcə də dodaqlar göyərmiş olur.
Əgər bu əlamətlər varsa, siz kardioloq, nevroloqa müraciət etməlisiz.