Limfa sistemi və onun orqanizmdə mühüm işləmə rolu

Limfa sistemi və onun orqanizmdə mühüm işləmə rolu

Yazar Yorum Yap 14 views

Limfa sistemi qan dövranı sistemi kimi böyük və mürəkkəbdir. Onların fərqləri odur ki, qan qida maddələri və oksigen verir, limfa sistemi isə bədəndən toksinləri, parazitar bakteriya fermentlərini və ümumiyyətlə bədənə, oqranizmə ziyanlı olan maddələri xaric edir. Bir sözlə bədəndə «təmizləmə» işi görür.

İnsanın limfa sistemi necə çalışır?
Qan sistemindən fərqli olaraq, limfa sisteminin nasosu yoxdur. Burada ürək deyil, bədənin əzələləri rol oynayır. Limfa əzələlərin köməyi ilə dabanlardan başa qədər qalxır. Təsəvvür edin ki, insanın əzələləri işləməyə başlayır və həmin an limfa yuxarıya doğru hərəkət edir tam başa qədər, orada isə tam bir limfa «gölü» yaranır və sonra ordan ayaqlara, dabanlara qədər aşağı gəlir. Limfanın dövretməsi belədir və o nə qədər çox dövr edərsə bir o qədər yaxşıdır.
Bəs orqanizmi nələrdən təmizləmək lazımdır? İnsan orqanizmində hər zaman müxtəlif proseslər baş verir. Bunlardan müəyyən hissəsi yaxşı deyil. Çünki insan çox zaman özünü qəbul etdiyi qidalarla və pis vərdişlərlə zəhərləyir. Orqanizminə lazımsız zəhər və toksinlər yığır. Bütün bunlar limfa sistemi sayəsində orqanizmdən xaric olur. Bu insan orqanizmninin təmizlənməsi üçün əvəzolunmaz bir yardımdır. Məsələ burasındadırki, insanın bir çox xəstəlikləri orqanizmdəki bakteriyaların inkişafı nəticəsində yaranır. Limfalar bədəni təmizləyərək bağırsaq traktı və seliklərlə xaric ola bilir.

Heyvanlar ölümü və xəstəliyi qoxuyla hiss edə bilirlər. Nəyə görə belədir? Onlar bədəndən çıxan ifrazlardan bunu hiss edirlər. Həmin ifrazlarda orqanizmdən çıxan zəhərli fermentlər, bakteriyalar və toksinlər mövcuddur.
Bir sözlə limfa sisteminin funksiyası orqanizmdəki butun zərərli maddələri təmizləməkdir, nə qədər çox təmizləyərsə bir o qədər insan orqanizmi sağlam olacaq və bakteriyaların hücumuna az məruz qalacaq.

Etiketler