Mütəxəssislərin ürəyin sağlamlığı üçün tövsiyə etdikliri qidalar: Day.Az bu barədə Türkiyə saytlarına istinad edir.
Mütəxəssislər bəzi qidaların damarları təmizləyərək qandakı xolesterin səviyyəsini azaltdığı və qan təzyiqini aşağı saldığı, balanslı qəbul edildikdə ürək-damar problemləri riski ilə qarşılaşılmadığı mövzsuzunda həmfikirlər.
Lakin təkcə qidalanma ürəyin sağlam fəaliyyətini təmin edə bilməz. Bunun üçün nizamlı idman və ya məşq etmək də lazımdır.
Mütəxəssislərin ürəyin sağlamlığı üçün tövsiyə etdiyi qidalar:
1-Sarımsaq
Sarımsaq ürək sağlamlığı üçün faydalı olan vitamin və antioksidantlarla zəngindir. Güclü antioksidant olan sarımsaq, tərkibindəki aktiv maddə sayəsində damar tıxanmasının qarşısının alınmasında, qan təzyiqinin və qan yağlarının azalmasında mühüm rol oynar, xolesterin qan damarlarına zərər verməsinin qarşısını alır.
Gündə 1 diş sarımsaq istehlak etmək kifayətdir. Ancaq qan durulaşdırıcı, qan təzyiqini və ya lipidi aşağı salan dərmanlar qəbul edənlər az sarımsaq istehlak etməlidilər.
2-Soya
Tərkibindəki yüksək proteinlə yanaşı, B1, dəmir, sink, fosfor və maqnezium ürək xəstəliklərinin qarşısının alınmasında təsirlidir. Araşdırmalar göstərib ki, gündə 25 qram soya istehlakı ürək xəstəlikləri riskini azaldır.
3- Kətan toxumu
Kətan toxumu doymamış yağ turşuları, kalium, lif, vitamin E və omeqa-3 baxımından zəngindir. Ürək xəstəliklərindən qorunmaq üçün gündə 1 xörək qaşığı kətan toxumu qatıq, şorba kimi qidalara əlavə edilərək istehlakı məsləhətdir.
4- Arpa
Arpa başda karbohidrat olmaqla vitamin B6, dəmir, sink baxımından zəngin olduğu üçün istehlakı pis xolesteri azaltmağa kömək edər.
5- Banan
Banan kalium baxımından ən zəngin qidalar arasında iştirak edir. Müntəzəm istehlakı yüksək qan təzyiqini və pis xolesterini tənzimlər.
6- Çuğundur
Kalium və fol turşusu ilə zəngin olan çuğundur tərəvəzlər arasında ən təbii şəkəri ehtiva ediyinə və kalorisi az olduğuna görə ürək xəstəliyindən qorur.
7-Qarpız
Qarpızın tərkibindəki aktiv maddələr qan axınını tənzimlər və ürək sağlamlığını gücləndirir.
8-Fındıq, qoz, badam
Fındıq, qoz, badam tərkibindəki omeqa 3, vitamin E, maqnezium və lif sayəsində pis xolesterin azalmasına və yaxşı xolesterin artmasına kömək edər. Qanda laxtalanmağın qarşısını alır və trigliseridlərin səviyyəsini aşağı salır.
Gün 2-3 qoz, 8-10 çiy badam və ya fındıq istehlakı eyni vaxtda serotonin ifrazını da artırır.
9- Brokkoli
B vitaminləri və fol turşusu baxımından zəngin olan brokkolinin stress, panika və depressiya üçün ən faydalı qida olduğu elmi araşdırmalar nəticəsində sübut edilib.
10- Qırmızı giləmeyvələr
Böyürtkən, moruq, zoğal, qaragilə və çiyələk kimi kalorisi az olan meşə meyvələri tərkibindəki selenium və polifenol kimi güclü antioksidant maddələr sayəsində bir çox xroniki xəstəliklərin riskini aradan qaldırır.
11- Göbələk
Göbələk iltihab əleyhinə və antioksidant xüsusiyyəti sayəsində ürək üçün ən faydalı qida hesab edilir.
12- Pomidor
Pomidor tərkibindəki likopen sayəsində ürək-damar xəstəlikləri və infarkt riskini azaldır, qanda xolesterin səviyyəsini tənzimlər. Pomidoru çiy və ya bişmiş olaraq istehlak etmək olar. Ancaq araşdırmalara görə bişirərək istehlak etmək daha faydalıdır.
13- İspanaq
Kalium və liflə zəngin olan ispanaq qan təzyiqini tənzimlər, xolesteri aşağı salar, Tərkibində omeqa-3, yağ turşusu da olan ispanaq buxarda bişirilmiş formada istehlak edilməlidir.
14-Alma
Gündə bir alma istehlak etmək pis xolesteri aşağı salar və ürək xəstəlikləri riskini azaldır.
15-Paxlalı tərəvəzlər
Lobya, paxla, mərci və noxud kimi bitkilər zülallar və vitaminlərlə zəngin olduqları üçün qandakı pis xolester səviyyəsinin azalmasına kömək edər.
16- Yaşıl çay
Yaşıl çay yüksək miqdarda antioksidant, A, E və C vitaminləri ilə zəngindir. Bu xüsusiyyətləri İnfarktın ən əhəmiyyətli səbəbi olan laxtalanmanın qarşısını alır və pis xolesteri aşağı salır.
Gündə 1-2 stəkan yaşıl çay içmək məsləhətdir. Ancaq böyrək xəstəliyindən əziyyət çəkənlər həkimləri ilə məsləhətləşməzdən yaşıl çay qəbul etməməlidirlər. 17- Zeytun yağı
Zeytun yağı ürək-damar xəstəliklərindən qorur və pis xolesterin azalmasına kömək edər.
18- Balıq
Balıq ürək-damar xəstəliklərinin qarşısını alır, pis xolesteri aşağı salır, yaxşı xolesteri artırır və ürək ritmini tənzimlər.
19- Balqabaq toxumu
Maqnezium baxımından zəngin olan balqabağı toxumu gündə yarım stəkan qədər istehlak edildikdə orqanizmin gündəlik maqnezium ehtiyacını təmin edər və qan təzyiqi tənzimlər, infarkt və insult kimi xəstəliklərin qarşısı alınır.
20- Dirrik perpərəni
Təbiətin şəfalı qidalarından biri olan dirrik perpərəni omeqa-3 baxımından zəngindir. Qanda xolesterin normal səviyyədə qalmasına kömək edər. İnfarkt riskini azaldır, laxtalanmanın qarşısını alır.
21- Qırmızı üzüm
Ürək dostu olduğu bilinən qırmızı üzüm tərkibindəki aktiv maddə sayəsində yaxşı xolesteri artırır, pis xolesteri aşağı salır.
22- Qulançar
Bədəndəki zərərli yağ hüceyrələrinin xaric edilməsinə və xolestrin azalmasına kömək etdiyi bilinən, B6 vitamini, fol turşusu, C vitamini, keratin və müxtəlif liflərlər baxımından zəngin və kalorisi az olan qulançar ürək xəstəliklərinin qarşısını alır.