Omikrona yoluxanlar qəhvədən uzaq dursun. Bunu nevrooq İroq Maçokin bildirib.
Medicina.az xəbər verir ki, həkim qəhvə fanatlatının Omikron zamanı təhlükədə olduğunu bildirib.
Bu insanlar qəhvəni yaşıl çayla əvəz etsə yaxşıdır.Çünki qəhvə, kofein orqanizm üçün stimulyator təsir edir.
Kofein orqanizmdə maddələr mübadiləsi və enerji mübadiləsi üçün lazım olan ATF turşusunu tükədir. Kovid isə bu maddəni daha da azaldır və orqanizmdə mübadilə pozulur.
Ona görə də qəhvə içmək kovidə yoluxmuş insanı daha da enerjisiz edir.
Bundan əlavə kofein susuzlaşmaya səbəb olur və qanı qatılaşdırır. Kovid zamanı qanın qatılaşması isə olduqca təhlükəlidir.
Ona görə kovidə yoluxduğunuz şübhəsi yaranandan koviddən sağaldıqdan sonrakı 3 ayda da qəhvə yox, yaşıl çay için.