Dadsız yeməklər beyinin fəaliyyətini pozur

Dadsız yeməklər beyinin fəaliyyətini pozur

Yazar Yorum Yap 12 views

Xayfa Universiteti (İsrail) alimləri 5 il ərzində müxtəlif pəhrizlərin insan beyninə olan təsirini araşdırırdı.

«Komsomolskaya pravda»nın məlumatına görə, araşdırmalar göstərib ki, pəhriz saxlayan insanların bir çoxunda müəyyən müddətdən sonra müxtəlif nevroloji pozulmalar, o cümlədən nevroz və depressiya inkişaf edir.

Alimlər aşkar ediblər ki, dadsız qida insanın emosional fonuna olduqca mənfi təsir edir, insanı əsəbi, səbirsiz, gərgin edir. Bu isə nevroloji pozulmalar üçün «əlverişli» şərait yaradır.

Əgər insanda pəhrizə «oturmazdan» əvvəl psixoloji və nevroloji problemlər olubsa, pəhriz zamanı bu problemlər daha da artıq və dərinləşir.

Bütün bunlar xüsusilə monopəhrizlərə (uzun müddət ərzində bir və və ya 1-2 məhsulla qidalanmaq — məsələn, düyü, qarabaşaq pəhrizi,  qatıq+qarabaşaq və s.) aiddir.

Uzunmüddətli monopəhrizlər zamanı insan orqanizmində metabolik proseslər pozulur, tükənmə inkişaf edir ki, bu da beyin və ürəyə xüsusilə mənfi təsir edir, immun sistemini zəiflədir.

Alimlər arıqlmaq məqsədi ilə sadəcə rasionun kalori miqdarını azaltmağı, dadlı yeməklərdən (o cümlədən, şirniyyatlardan) tam imtina etməməyi tövsiyə edirlər.

Etiketler