Yenidoğulmuşlarda mastit xəstəliyi

Yenidoğulmuşlarda mastit xəstəliyi

Yazar Yorum Yap 18 views

Bir qayda olaraq, bütün yenidoğulmuşlarda (həm qız, həm oğlanlarda) həyatin ilk iki həftəsində süd vəzilərinin fizioloji qalınlaşması baş verir.

Bu, ana hormonlarının (estroqen və proqesteronun) cift və ya ana südü vasitəsilə uşağın qanına düşməsi ilə əlaqədardır.

Süd vəziləri bir və ya ikitərəflı olaraq böyüyür və bərkiyir, üzərində qızartı qeyd edilir, bəzən onlardan südə bənzər maye də ifraz oluna bilər. Uşaq narahat olmağa başlayır, bəzən hərarətin yüksəlməsi baş verir.

Valideynlər bundan qorxmamalı və heç bir halda uşağın süd vəzilərindən bu mayeni sıxıb çıxartmamalıdırlar. Bu halda süd vəzisinə infeksiya düşə bilər və nəticədə irinli mastit inkişaf edə bilər.

Mastitin müalicəsinə ilkin əlamətlər aşkar edilən vaxtdan başlamaq lazımdır. Əks halda irinli infeksiya şəklində ağırlaşma baş verə bilər. Bu zaman körpənin süd vəzisində kəsiklər aparılaraq, orada yığılan irin xaric edilir.

Yenidoğulmuşlarda mastit xəstəliyi baş verdikdə valideynləri (xüsusilə qız övladı olduqda) uşağın gələcəyi çox narahat edir. Belə halda narahatçılığa heç bir əsas olmamalıdır. Çünki aparılan kəsiklər süd vəzisinin gələcək fəaliyyətini pozmur. Belə ki, körpəlikdə kəsik aparılması ilə mastit keçirən qız uşağı gələcəkdə ana olduqda öz körpələrini rahatlıqla əmizdirə biləcək.

Saglamolun.Az

Etiketler