Yeməkdən doymamaq, daim, tez-tez aclıq hissi keçirmək diabetin yaranmasına işarə ola bilər.
Azdoktor.az bakupost.az-a istinadən xəbər verir ki, Rusiyanın məşhur aparıcı həkimi Yelena Malışeva nəzarətə alınmayacaq dərəcədə aclıq tutmalarının qanda şəkərin kəskin enməsinin göstəricisi olduğunu bildirib.
İnsulin mübadiləsi pozulub, qanda qlükoza çatmır. Belə halda insan preddiabet mərhələsində ola bilər, bu da çox təhlükəli vəziyyətdir.
Hədsiz aclıq hissi polifagiya adlanır, qanda insulin hormonu artır, şəkər isə düşür, insan aclıqdan titrəyir.
“Belə tutmaları dilin altına şəkər, konfet qoymaqla nəzarətə almaq olar, şirin çay için, hər şey normaya qayıdacaq.
90% insanlar uzun müddət bilmir ki, onlarda diabet var, elə ki, faciəvi hal baş verir, o zaman həkimə gedir. Çox adam təsadüfən şəkər xəstəsi olduğunu bilir”.