Üç günə 3 kiloqram çəki atın

Üç günə 3 kiloqram çəki atın

Yazar Yorum Yap 13 views

Pəhrizin effektini görmək yaş, çəkiyə, cinsə və orqanizmə görə dəyişir. Bu səbəbdən istənilən sağlamlıq proqramına başlamazdan öncə həkimlə məsləhətləşmək mütləqdir.

Axşam.az hər hansı xəstəliyi olmayan şəxslərin 3 gün ərzində 3 kiloqram çəki atmasına yardımçı olacaq pəhriz proqramını təqdim edir:

1. gün

Səhər: 1 dilim tam buğda çörəyi, 1 qaynadılmış yumurta, 1 stəkan şəkərsiz çay

Nahar: 1 porsiya az yağlı və ya yağsız tərəvəz yeməyi, 1 kasa qatıq

Şam: 1 kasa tərəvəz şorbası, 1 böyük kasa yaşıl salat

2. gün

Səhər: 1 dilim tam buğda çörəyi, 2 dilim feta pendiri, 1 stəkan şəkərsiz çay

Nahar: 100 qram qırmızı ət, 1 böyük kasa yaşıl salat

Şam: 1 porsiya suda bişmiş tərəvəz

3. gün

Səhər: 1 stəkan az yağlı süd, 1 qaynadılmış yumurta, 1 stəkan şəkərsiz çay

Nahar: 1 kasa tərəvəz şorbası, 1 böyük kasa yaşıl salat

Şam: 200 qram sobada bişirilmiş balıq, 1 böyük kasa yaşıl salat

Qeyd edək ki, pəhrizlə yanaşı gün ərzində 20 dəqiqə idman etmək və ya 1 saat gəzmək məsləhət görülür. Aclıq hiss etdikdə meyvə və ya qoz, fındıq, badam yeyə bilərsiniz. Gün ərzində bol su içməyi unutmayın.

Etiketler