Alimlər sağlam yuxu üçün ən optimal vaxtı AÇIQLADI

Alimlər sağlam yuxu üçün ən optimal vaxtı AÇIQLADI

Yazar Yorum Yap 24 views

Alimlərdən ibarət olan beynəlxalq bir araşdırma qrupunun European Heart Journal-da nəşr etdirdiyi tədqiqat işində, insanın sağlamlığı üçün ən uyğun yuxu müddətinin 6 ilə 8 saat arasında olması qeyd olunub.
İnsan sağlamlığı üçün ən uyğun yuxu müddətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyan müşahidələr, təxminən 8 il çəkib. 35-70 yaş arasında 116 mindən artıq insanın yuxu qeydiyyat dəftərlərini təhlil edən mütəxəssislər, həddindən artıq yuxunun ürək-damar xəstəliklərdən ölüm riskinin artması ilə əlaqəli olduğu nəticəsini əldə ediblər.
Araşdırma çərçivəsində yuxusu 8-9 saat arasında gedən insanların ölüm riskinin təklif edilən saat aralarında yatan insanlara nisbətən 5% artdığı məlum olub. 9-10 saatlıq yuxunun ciddi xəstəliyə yoluxma riskini 7%, 10 saatdan artıq yuxu bu riski 41%-ə qaldırdığı müəyyənləşdirilib.
Alimlər hesab edir ki, gecələr 6 saatdan az yatan insanlarda bəzi hallarda gündüz yuxusu da ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Digər tərəfdən, ekspertlər əksər hallarda gündüz yuxusunun gecə əskik qalan saatları bərpa etdiyi üçün dəyərlərin normallaşmasını təmin etdiyini qeyd edir. ///BAKU.WS

Etiketler