Əgər uşağınızın boğazı tez-tez gəlirsə və badamcıqlar böyüyürsə deməli sizin uşağınızın immunteti zəifdir və boğazda infeksiya ocağı vardır.
Bu zaman boğaz ətini kəsməyə tələsməyin. Bu resepti 15 gün edin, 1 həftə sonra boğaz şişləri keçəcək, amma immunteti yüksəltmək üçün davam edin.
Bal – 200 qram
Ud hindi tozu – 2 xörək qaşığı
Propolis – 30 qram
Balı isidin, propolisi kiçik-kiçik hissələrlə bala əlavə edib əridin, sonra oddan götürün, ud hindi tozunu əlavə edib yaxşı-yaxşı qarışdırın, qarışıqla gündə 3 dəfə hər dəfə yarım çay qaşığı ilə uşağın boğazını silin, amma badamcıqlara təzyiqlə basmayın. Daha yaxşı olar ki xaricdən də isidilmiş qarazirə yağı ilə 5 gün kompress edəsiniz.