Günəbaxan tumunu çiy və gündə bu miqdarda yemək lazımdır — Həkim məsləhəti

Günəbaxan tumunu çiy və gündə bu miqdarda yemək lazımdır — Həkim məsləhəti

Yazar Yorum Yap 42 views

Günəbaxan toxumlarında 40-50 faizə qədər əla keyfiyyətli piyli yağ var. Həmin yağı bitkinin toxumları xüsusi press altında sıxılmaqla alınır. Bitkinin meyvələri yetişdikdən sonra onun tumu çərəz kimi istifadə edilir.

Günəbaxan tumunun orqanizmə olan faydaları tərkibində olan antioksidant və digər vitaminlərlə zəngin olmasıdır. Lakin bu faydalı çərəz bəzən asılılıq da yarada bilir.

Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Onun tərkibində olan E vitamini sayəsində alınan antioksidant orqanizmi xərçəng hüceyrələrin yaranmasından qorumaqla yanaşı iltihab əleyhinə də təsir göstərir. Onun sümük-oynaq sisteminə və ürəyin fəaliyyətinə böyük faydası var. Tərkibindəki maqnezium sümük və oynaqlara, orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir”.

Lakin faydalı xüsusiyyətləri ilə yanaşı günəbaxan tumunun həddindən artıq qəbulu diyetoloqlar tərəfindən qəbulolunmaz hesab edilir: “Günəbaxan tumu ilə çox qidalananda gün ərzində daha çox kalori qəbul edilir və artıq çəkinin yaranmasına aparıb çıxarır. Xüsusilə duzlanmış və qovurulmuş günəbaxan tumlarını qəbul etmək düzgün deyil. Orta çəkisi olan hər kəsin gün ərzində iki ovuc, maksimum bir stəkana qədər duz vurulmayan günəbaxan tumu qəbul etməsi çox faydalıdır”, — deyə mütəxəssis əlavə edib.

Digər çərəzləri, məsələn, badam, fındıq və qozun çiy formada qəbulu məqsədəuyğun olduğu kimi günəbaxan tumunun da çiy formada qəbulu məsləhət görülür.

Lakin onun qədərində və günün müəyyən hissəsində qəbul edilməsini də unutmaq olmaz.

Etiketler