Dırnaqlar qanda yüksək xolesterini göstərir

Dırnaqlar qanda yüksək xolesterini göstərir

Yazar Yorum Yap 9 views

Dırnaqlar altında əmələ gələn tünd zolaqlar qanda xolesterinin yüksək olmasına işarə edə bilər. Bu haqda Amerika dermatoloqlar assosiasiyası məlumat verib.

Mütəxəssislərin sözlərinə görə, belə zolaqlar kiçik qan damarlarının zədələnməsi nəticəsində əmələ gəlir. İnsan bu zaman heç bir ağrı hiss etmir.

Dırnaqlar altında zolaqlarla yüksək xolesterinin arasında olan əlaqə dəfələrlə sübut olunub.

Bəzən zolaqlar çox kiçik olur və insanlar onları dırnağın altına girən tilişkələr kimi qəbul edirlər. Lakin bu belə deyil.

Ekspertlər dırnaqlar altında tündə zolaqların əmələ gəlməsinə  fikir verməyi və qanda xolesterini yoxlamağı tövsiyə edirlər.

Yüksək xolesterin əksər hallarda özünü heç bir ciddi simptomla büruzə vermir və gizli şəkildə damarları zədələyərək ağır ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.  

Etiketler